“Unibank” xüsusi kampaniya keçirir

Maliyyə
  • 29 yanvar, 2018
  • 13:19
“Unibank” xüsusi kampaniya keçirir
Report

Bakı. 29 yanvar. REPORT.AZ/ “Unibank” ASC 2 fevral - Gənclər günü ilə əlaqədar xüsusi kampaniyaya başlayıb. Fevralın 4-dək davam edən kampaniya çərçivəsində Banka müraciət edən gənclərə debet kartları pulsuz veriləcək.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, 18-25 yaş arası gənclər ilkin 20 AZN/USD/EUR vəsait mədaxil etməklə “Unibank” plastik kartlarına sahib ola bilərlər. Kartı şəxsiyyət vəsiqəsini təqdim etməklə “Unibank” filialından əldə etmək, yaxud da onlayn sifariş etmək mümkündür.

"Unibank" kartı dünyanın istənilən yerində istifadə, 30%-dək "cashback", 500-dən artıq partnyor mağazada endirim və hədiyyəli alış-verişdən faydalanmaq imkanı verir.

Bankın paytaxt və Abşeronda “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filialları, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri saat 10:00-dan 14:00-dək xidmət göstərir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09:00-dan 17:00-dək fəaliyyətdədir.