“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq Bank nizamnamə kapitalını yenidən artırır
Maliyyə
20 Sentyabr , 2017 09:34
“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Oktyabrın 13-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq saat 15:00-da Bankın inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın kənar auditorunun təyin edilməsi, İdarə Heyətinin tərkibində dəyişikliklərin olunması, nizamnamə kapitalının artırılması, nizamnaməsinə dəyişikliklər edilməsi və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər daxildir.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bankın səhmlərinin 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,6%-i Zemfira Cəfərovaya, 19,4%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,4%-i Almaniyanın “DEG” - investisiya və inkişaf cəmiyyətinə, 8%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,3%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4%-i isə minoritar səhmdarlara məxsusdur. 

Son xəbərlər

Orphus sistemi