​Türkiyənin Azərbaycandakı səfiri Gömrük Komitəsində olub

​Türkiyənin Azərbaycandakı səfiri Gömrük Komitəsində olub Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində fikir mübadiləsi aparılıb
Maliyyə
26 May , 2015 13:54
​Türkiyənin Azərbaycandakı səfiri Gömrük Komitəsində olub

Bakı. 26 may. REPORT.AZ/ Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunu qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

DGK sədri Türkiyənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

A.Əliyev iki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Qəbula görə təşəkkür edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İ.A.Coşkun Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, Azərbaycanda hərtərəfli və sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını deyib. Azərbaycanla Türkiyə arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat xüsusilə, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi