Türkiyəli ekspert: “Azərbaycan tarixində çox böyük zəlzələlər görüb”

Türkiyəli ekspert: “Azərbaycan tarixində çox böyük zəlzələlər görüb” Azərbaycan tarixində çox böyük zəlzələlər görüb.
Maliyyə
22 May , 2024 13:50
Türkiyəli ekspert: “Azərbaycan tarixində çox böyük zəlzələlər görüb”

Azərbaycan tarixində çox böyük zəlzələlər görüb.

"Report" xəbər verir ki, bunu Türkiyə Zəlzələ Dərnəyinin İdarə Heyətinin üzvü Mustafa Erdik Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, belə zəlzələlər bundan sonra da yaşana bilər: "Zəlzələ ilə bağlı maliyyə riskləri, insan itkiləri əsaslı şəkildə araşdırılmalı və planlamalar həyata keçirilməli, xoşagəlməz halların azaldılması üçün tədbirlər görülməlidir. Türkiyədə ötən il fevralın 6-da baş vermiş zəlzələ acı hadisələrə səbəb oldu. Zəlzələnin səbəb olduğu bəzi itkiləri geri qaytarmaq mümkündür. Məsələn, binalar dağılsa, Azərbaycan bu binaları yenidən inşa edə bilər, ancaq insan itkilərini geri qaytarmaq çox çətindir".

"Bütün bunlar üçün özəl tədbirlər həyata keçirilməlidir. Bu Türkiyə üçün nə qədər çətindirsə, qardaş Azərbaycan üçün də o qədər çətindir. Ölkədə çox sayda tarixi əsər var. İnsan itkilərini azalda bilmərik, amma həmin itkilərin qarşısını almaq mütləqdir. Bunun yollarından biri də zəlzələ riski yüksək olan binaları gücləndirməkdir", - deyə ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi