Türkiyədə dolların məzənnəsi yeni tarixi rekorda çatıb

Türkiyədə dolların məzənnəsi yeni tarixi rekorda çatıb Dolların məzənnəsi qısa zamanda 3,75 TRY/USD səviyyəsinə çata bilər
Maliyyə
149
5 Yanvar , 2017 14:04
Türkiyədə dolların məzənnəsi yeni tarixi rekorda çatıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə tarixi rekord səviyyə - 3,64 TRY/USD-yə yüksəlib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, dolların məzənnəsində gündəlik artım 2%-ə yaxınlaşıb. 

Səhər saatlarında 3,56 TRY/USD-yə qədər geriləyən məzənnə, daha sonra dolların qlobal valyuta bazarında bir qədər möhkəmlənməsi və FES-in uçot dərəcəsini artırmağa davam edəcəyi xəbərləri ilə yüksəlməyə başlayıb. 

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin yaxın zamanlarda 3,75 TRY/USD, il ərzində isə 4,05 TRY/USD-yə çatacağını ehtimal edir. Qeyd edək ki, dolların lirə ilə müqayisədə möhkəmlənməsinin digər bir səbəbi də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq niyyətində olmadığını bildirməsi amili ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi