Azərbaycan və Türkiyənin bank sektorunda tərəfdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Türkiyənin bank sektorunda tərəfdaşlıq perspektivləri müzakirə edilib Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin sədri Zakir Nuriyev, Türkiyə Banklar Birliyi (TBB) Rəyasət Heyətinin sədri Alpaslan Çakarın qonağı olub.
Maliyyə
19 Oktyabr , 2021 13:51
Azərbaycan və Türkiyənin bank sektorunda tərəfdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyi (TBB) arasında tərəfdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə "Report" ABA-dan məlumat verilib.

Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin sədri Zakir Nuriyev, Türkiyə Banklar Birliyi Rəyasət Heyətinin sədri Alpaslan Çakarın qonağı olub. Görüş əsnasında, Birliklər arasında tərəfdaşlıq perspektivləri və bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib. 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran Çakar, iki ölkənin bank sektorları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür dəstəyi verməyə hazır olduqlarını söyləyib.

Bununla yanaşı, Çakar, yay ayları ərzində Türkiyədə baş verən yanğın fəlakətləri nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tingləri bağışlayan Azərbaycan Banklar Birliyinə də təşəkkür edib.

Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi olmaqla 122 min ABŞ dolları məbləğində vəsait köçürülüb.

Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi arasında qarşılıqlı əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb və Alpaslan Çakarı Bakıya dəvət edib.

Son xəbərlər

Orphus sistemi