Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu kəskin artırıb

Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu kəskin artırıb Türkiyə Mərkəzi Bankı (TCMB) bu ilin sonuna illik inflyasiya proqnozunu 19,6 faiz bəndi artıraraq 23,2 %-dən 42,8 %-ə qaldırıb.
Maliyyə
28 Aprel , 2022 12:39
Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu kəskin artırıb

Türkiyə Mərkəzi Bankı (TCMB) bu ilin sonuna illik inflyasiya proqnozunu 19,6 faiz bəndi artıraraq 23,2 %-dən 42,8 %-ə qaldırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə TCMB-in sədri Şahap Kavcıoğlunun açıqladığı bu ilin 2-ci inflyasiya hesabatında bildirilib.

Sənədə əsasən, inflyasiya növbəti illərdə bir qədər azalaraq 2023-cü ilin sonuna 12,9 %, 2024-cü ilin sonuna isə 8,3 % olması gözlənilir.

“Bu ilin I rübündə enerji və qida başda olmaqla qlobal əmtəə qiymətlərində güclü artım inflyasiyanın yüksəlişini şərtləndirən əsas amil olub. İdxal qiymətlərindəki artımla yanaşı, yüksək nəqliyyat xərcləri və tədarükdə yaşanan kəsilmələr inflyasiya proqnozuna mənfi təsir göstərməkdə davam edir”, - Ş.Kavcıoğlu qeyd edib.

Son xəbərlər

Orphus sistemi