Türk Şurası İnvestisiya Fondunun yaradılması üzərində işləyir

Türk Şurası İnvestisiya Fondunun yaradılması üzərində işləyir Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında quruma üzv olmayan və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Maliyyə
6 Fevral , 2020 13:26
Türk Şurası İnvestisiya Fondunun yaradılması üzərində işləyir
Bağdad Amreyev / Report / Elchin Murad

Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında quruma üzv olmayan və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

“Report” xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, gündəlikdəki digər məsələ türk dünyasının gücləndirilmsinə təkan verməkdir: “Həmçinin iclasda təşkilatın beynəlxalq arenada tanıdılması məsələsi də müzakirə edilib. Bununla əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib”.

B.Amreyev bildirib ki, yığıncaqda iqtisadi məsələlər də müzakirə edilib: “Biz Türk İnvestisiya Fondunun yaradılması üzərində işləyirik”.

Son xəbərlər

Orphus sistemi