Türk lirəsi dollar qarşısında yeni rekord səviyyədə dəyər itirib

Maliyyə
  • 12 iyun, 2023
  • 08:55
Türk lirəsi dollar qarşısında yeni rekord səviyyədə dəyər itirib

Bazar ertəsi sessiyanın əvvəlində türk lirəsi ABŞ dolları qarşısında yeni rekord səviyyədə dəyər itirib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 ABŞ dolları 23,77 türk lirəsi səviyyəsinə çatıb.

İnvestorlar Türkiyə Mərkəzi Bankının yeni sədrinin təyinatından sonra pul siyasətində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər. Onun uçot dərəcəsini artıracağı gözlənilir.

Carı sessiyadan əvvəl 1 ABŞ dolları 23,6 lirə təşkil edib.

44 filmi