Türk dövlətləri qiymətləndiricilərinin vahid məlumat bazası hazırlanacaq

Türk dövlətləri qiymətləndiricilərinin vahid məlumat bazası hazırlanacaq Bakıda keçirilən Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) İdarə Heyətinin toplantısında qarşılıqlı əməkdaşlığın artırılması, türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartları və vahid məlumat bazasının hazırla
Maliyyə
3 İyun , 2024 17:27
Türk dövlətləri qiymətləndiricilərinin vahid məlumat bazası hazırlanacaq

Bakıda keçirilən Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) İdarə Heyətinin toplantısında qarşılıqlı əməkdaşlığın artırılması, türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartları və vahid məlumat bazasının hazırlanması ilə bağlı işçi qrupları yaradılıb.

“Report” xəbər verir ki, toplantıda CAATS-a üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin, qonaq qismində isə Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Toplantıda qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. CAATS-ın 2024-cü il üçün Fəaliyyət Planı təsdiq edilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Şuranın prezidenti, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci vitse-prezidenti, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin icraçı direktoru Emrullah Acar isə İcraiyyə Komitəsinin sədri seçilib.

Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumun panel müzakirələrində isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus və Gürcüstandan olan qiymətləndirmə mütəxəssisləri sektorunun mövcud vəziyyəti ilə bağlı təəssüratlarını bölüşüblər. “Ortaq Türk qiymətləndirmə standartları və qiymətləndirmə bazarı” və “Qiymətləndirici peşəsinin inkişafı-beynəlxalq və regional perspektivlər” panellərinin moderator və spikerləri türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartlarının hazırlanması, beynəlxalq iqtisadi münasibətlər sistemində türk dövlətləri qiymətləndiricilərinin fəal iştirakı ilə bağlı təkliflərini səsləndiriblər.

Bununla da Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu başa çatıb.

Son xəbərlər

Orphus sistemi