"Turanbank"ın illik zərəri 24% artıb

"Turanbank"ın illik zərəri 24% artıb Bankın aktivləri üzrə isə cüzi artım müşahidə olunub
Maliyyə
17 Yanvar , 2017 18:11
Turanbankın illik zərəri 24% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Turanbank" ASC ötən ili 1 398 min manat zərərlə başa vurub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu da əvvəlki illə müqayisədə 23,5% artım deməkdir. 

Bildirək ki, ötən il bankın bu qədər zərər etməsi aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar hesabına baş verib. Belə ki, ötən il bu istiqamətdə ehtiyatın yaradılmasına 4 025 min manat ayrılıb. Buna qədər isə bankın xalis əməliyyat mənfəəti 2 627 min manat təşkil edib.

Bankın aktivləri illik müqayisədə 2,0% artaraq 2017-ci il yanvarın 1-nə 528 222 min manata çatıb. Bu müddətdə kredit portfeli 0,6% artaraq 282 486 min manat təşkil edib. Cəmi öhdəliklər isə 0,05% artaraq 468 987 min manata yüksəlib. Cari il yanvarın 1-nə "Turanbank"ın səhmdar kapitalı 55 003 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi