“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 22 oktyabr, 2019
  • 09:20
“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 3-də, saat 15:00-da “Turan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.