“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib “Turan Bank” ASC-nin səhmdarı olan 21 fiziki şəxsdən 1-i payını satıb.
Maliyyə
6 May , 2020 10:58
“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Turan Bank” ASC-nin səhmdarı olan 21 fiziki şəxsdən 1-i payını satıb. 

“Report” xəbər verir ki, son nəticədə Bankın səhmdarlarının sayı digər 8 hüquqi şəxslə birlikdə 29-dan 28-ə düşüb.

Səhmdarların pay bölgüsü də dəyişib. Belə ki, hüquqi şəxslərin payı 34%-dən 42,2%-ə qalxıb, fiziki şəxslərin payı isə 66%-dən 57,8%-ə düşüb. 

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 70 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi