“Troni İnvestisiya Şirkəti” kapital artımını yekunlaşdırıb

Maliyyə
  • 16 iyun, 2025
  • 16:03
“Troni İnvestisiya Şirkəti” kapital artımını yekunlaşdırıb

“Troni İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını daha 400 000 manat və yaxud 23,5 % artıraraq 1 699 600 manatdan 2 099 600 manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 10 min səhminin nominal dəyərinin 169,96 manatdan 209,96 manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, “Troni İnvestisiya Şirkəti” 2021-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Siyavuş Səfiyevdir. Maliyyə qurumu 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.