"Total Finans Kredit İttifaqı" ötən ili cüzi mənfəətlə başa vurub

Maliyyə
  • 11 iyun, 2022
  • 14:31
Total Finans Kredit İttifaqı ötən ili cüzi mənfəətlə başa vurub

"Total Finans Kredit İttifaqı" MMC 2021-ci ili əmi 60 manat mənfəətlə başa vurub.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə "Total Finans Kredit İttifaqı"nın aktivləri və balans kapitalı təxminən 9 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri olmayıb.

Xatırladaq ki, "Total Finans Kredit İttifaqı" 2020-ci ilin iyul ayında yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 min manatdır.