TBMM-nin üzvü: "İş adamlarımız bütün Qarabağı canlandıracaq"

TBMM-nin üzvü: "İş adamlarımız bütün Qarabağı canlandıracaq" "Ermənilərin azərbaycanlılara və türklərə çox zülüm etdiyini bilirik. Onlar tariximizə, memarlığımıza, hissiyatımıza böyük zərbə vurdular. Amma zülüm heç vaxt yerdə qalmayıb. Qarabağ yenidən bizimdir".
Maliyyə
108
11 Sentyabr , 2021 15:47
TBMM-nin üzvü: İş adamlarımız bütün Qarabağı canlandıracaq
Kürşat Tuna

"Ermənilərin azərbaycanlılara və türklərə çox zülm etdiyini bilirik. Onlar tariximizə, memarlığımıza, hissiyatımıza böyük zərbə vurdular. Amma zülm heç vaxt yerdə qalmayıb. Qarabağ yenidən bizimdir".

“Report” xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisində (TBMM) Çanaqqaladan olan üzvü İbrahim Kürşat Tuna deyib.

"Dünən Qarabağın dirçəldilməsi üçün türkdilli ölkələrdən bir çox məmur və iş adamı bir araya gəldi. Çünki bir yeri işğaldan azad etdikdən sonra xalqın yenidən oraya yerləşdirilməsi, iqtisadi fəaliyyətini davam etdirməsi çox vacidir. Bütün bölgəni canlandırmaq, yenidən qurmaq lazımdır. İş adamlarımız energetika, mədən sənayesi, kənd təsərrüfatı və digər istiqamətdə fəaliyyət göstərmək üçün bu bölgəyə gələcək, bütün Qarabağı canlandıracaqlar".

Son xəbərlər

Orphus sistemi