Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb

Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı işə başlayıb.
Maliyyə
2 May , 2024 09:31
Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı işə başlayıb.

“Report” xəbər verir ki, builki toplantının mövzusu “Gələcəyə Körpü”dür.

Tədbir mayın 5-dək davam edəcək.

Tədbirdə ilk panel müzakirələrindən biri “Bağlantıların gücləndirilməsi: Avropa bağlantısı (bərpa olunan enerji və rəqəmsal əlaqə) və Orta Dəhliz (Avro-Asiya əlaqəsinin yenidən formalaşdırılması)” olacaq. Bu panel müzakirəsi zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifovun çıxışı gözlənilir.

Hər il tədbirdə maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin nümayəndələri, həmçinin gənclər və media nümayəndələri daxil olmaqla bir neçə min insan iştirak edir.

Son xəbərlər

Orphus sistemi