Tatyana Qolikova: "Nə qədər ki, valyuta ehtiyatlarımız var, dünyada bizə hörmət edəcəklər"

Tatyana Qolikova: "Nə qədər ki, valyuta ehtiyatlarımız var, dünyada bizə hörmət edəcəklər" Bakı. 30 noyabr. REPORT.AZ/ Biz valyuta ehtiyatlarımızı qoruyuruq. Çünki nə qədər ki, valyuta ehtiyatlarımız var, dünyada bizə hörmət edəcəklər. Ehtiyatlar sıfırlansa, o zaman tamamilə risk zonasına düşəcəyik.
Maliyyə
30 Noyabr , 2017 17:03
Tatyana Qolikova: Nə qədər ki, valyuta ehtiyatlarımız var, dünyada bizə hörmət edəcəklər

Bakı. 30 noyabr. REPORT.AZ/ "Biz valyuta ehtiyatlarımızı qoruyuruq. Çünki nə qədər ki, valyuta ehtiyatlarımız var, dünyada bizə hörmət edəcəklər. Ehtiyatlar sıfırlansa, o zaman tamamilə risk zonasına düşəcəyik".

"Report" xəbər verir ki, bu açıqlamanı Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova "Vedomosti" qəzetinə müsahibəsində verib.

T.Qolikova 2018-2020-ci illər üçün hazırlanan federal büdcə layihəsini tənqid edərək bildirib ki, onun bünövrəsini təşkil edən makroiqtisadi proqnozlar tamamilə zəif və əsassızdır. Hökumətin 2017-ci il üçün 2,1%, 2020-ci ilə qədər isə 2,3% iqtisadi artım tempi proqnozları investisiyaların artacağı amili ilə tərtib edilib. Lakin artıq görünür ki, 2017-ci ilin ilk 9 ayında ÜDM 1,6% artım göstərib və ilin yekununda 2%-dən aşağı olacaq. Rusiya iqtisadiyyatı yay aylarında inşaat sektorunda investisiyaların köməyi ilə artımı sürətləndirib. Lakin stadionların tikintisi, Kerç körpüsü, "Sibirin Gücü" layihələri olmasa, inşaat sektoruna investisiyaların artması gözlənilmir.

Palata rəhbəri 2018-ci ilin büdcə ili baxımından keçid dövrü olacağını və yenə də kəsirlə tamamlanacağını bildirib. Lakin 2019-cu ildən Rusiya büdcəsinin sərt qaydalarla idarə olunacağını xatırladıb. Valyuta ehtiyatlarını kifayət qədər xərclədiklərini bildirən T.Qolikova ehtiyatların pensiya sisteminin balanslaşdırılması üçün önəmli olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi