Taleh Kazımov: "Uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir"

Taleh Kazımov: "Uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir" "Azərbaycanda uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir. Buna zaman lazımdır".
Maliyyə
12 İyun , 2023 11:44
Taleh Kazımov: Uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir
Taleh Kazımov

"Azərbaycanda uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir. Buna zaman lazımdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Bununla yanaşı, o qeyd edib ki, rəhbərlik etdiyi qurum uçot dərəcəsini dəyişən kimi banklararası faiz dərəcələri dəyişməyə başlayır: "Bu da o deməkdir ki, artıq bu transmissiya işləməyə başlayıb. Hədəfimiz odur ki, faizlər qısamüddətli olsun. Hazırda uçot dərəcəsinin effektivliyi qeyri-qənaətbəxşdir. Amma biz komanda olaraq çox şadıq ki, bu transmissiya işləməyə başlayıb. Daha effektiv olanda bunun kredit və depozit faizlərində də təsirini görəcəyik. Hər ay banklarla görüş keçiririk ki, bu sistem effektiv olsun".

Son xəbərlər

Orphus sistemi