Şotlandiyanın “Brexit”dən çəkdiyi zərər açıqlandı

Şotlandiyanın “Brexit”dən çəkdiyi zərər açıqlandı Şotlandiya iqtisadiyyatı Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çəkilməsi üzündən indiyədək 3,94 milyard funt (5 milyard ABŞ dolları) həcmində ziyana düşüb.
Maliyyə
23 İyul , 2020 16:14
Şotlandiyanın “Brexit”dən çəkdiyi zərər açıqlandı

Şotlandiya iqtisadiyyatı Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çəkilməsi üzündən indiyədək 3,94 milyard funt (5 milyard ABŞ dolları) həcmində ziyana düşüb.

“Report” xəbər verir ki, bu barədə Şotland Milli Partiyası (SNP) Uoruik Universitetinin tədqiqatlarına istinadən bildirib.

Beləliklə, “Brexit” həyata keçdikdən sonra Şotlandiya sakinləri orta hesabla 736 funt itirdiyi halda Aberdin şəhəri üçün adambaşına maddi ziyan 9 min funtdur.

Həmçinin Şotlandiya muxtariyyət hökumətinin apardığı araşdırmaya görə, “Brexit”in keçid dövrü cari ildə başa çatarsa, qarşıdakı iki il ərzində region iqtisadiyyatı 3 milyard funt kiçilə bilər.

Xatırladaq ki, 23 iyun 2016-cı il tarixində Böyük Britaniyada Aİ üzvlüyünün davam olunub-olunmamasına dair səsvermə keçirilib. Şotlandiyada əksəriyyətin müsbət səs verdiyi referendum iştirakçılarının 51,9 faizi Aİ-də qalmaq istəmədiklərini bildiriblər. Beləliklə, cari ilin 1 fevral tarixində Böyük Britaniya 1973-cü ildən daxil olduğu Aİ-nin üzvlüyünü rəsmən tərk edib.

Son xəbərlər

Orphus sistemi