Son 3 ildə Azərbaycanda orta aylıq pensiya 60% artıb

Son 3 ildə Azərbaycanda orta aylıq pensiya 60% artıb 2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36% artaraq 4,5 milyard manat təşkil edib
Maliyyə
13 Aprel , 2021 10:14
Son 3 ildə Azərbaycanda orta aylıq pensiya 60% artıb

2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36% artaraq 4,5 milyard manat təşkil edib.

“Report” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı 3 illik hesabata istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə ölkədə müavinətlər 2,2 dəfə artaraq 613 milyon manat, təqaüdlər 3,5 dəfə artaraq 326 milyon manata çatıb

Bundan başqa, 3 il ərazində Azərbaycanda orta aylıq pensiya 60% artaraq 330 manata çatıb. O cümlədən yaşa görə orta aylıq pensiya 54% artaraq 361 manata, əlilliyə görə 66% artaraq 290 manata, ailə başçısını itirməyə görə isə 63% artaraq 267 manata yüksəlib. Eyni dövrdə minimum pensiya 82% artaraq 200 manata çatıb.

Hesabat dövrünün sonunda ölkədə yaşayış minimumu 190 manat, ehtiyac meyarı isə 160 manat təşkil edib ki, bu da, müvafiq olaraq 23% və 38% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi