SOCAR istiqrazlarını təqdim edir - YENİLƏNİB

SOCAR istiqrazlarını təqdim edir - YENİLƏNİB Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək
Maliyyə
276
16 Sentyabr , 2016 11:37
SOCAR istiqrazlarını təqdim edir - YENİLƏNİB

İlk xəbər saat 11:19-da verilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan SOCAR istiqrazlarını ictimaiyyətə təqdim edir.

"Report" xəbər verir ki, istiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Əlavə məlumatı www.socaristiqraz.az saytından əldə etmək olar.

***

Təqdimat mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, ilkin yerləşdirmə (abunə yazılışı) zamanı istiqrazları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. Onun sözlərinə görə, SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağd vəsaitə çevirə bilərlər: "Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda alması mümkündür". 

SOCAR prezidenti qeyd edib ki, bu istiqrazlar ölkənin maliyyə bazarında yeni bir başlanğıcdır: "Burada uduzan tərəf yoxdur".

Son xəbərlər

Orphus sistemi