SOCAR istiqrazları 1 010 dollara qədər bahalaşıb

SOCAR istiqrazları 1 010 dollara qədər bahalaşıb SOCAR istiqrazlarının gəlirliliyi illik 5%-dir
Maliyyə
27 Oktyabr , 2016 18:16
SOCAR istiqrazları 1 010 dollara qədər bahalaşıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının qiyməti Bakı Fond Birjasında (BFB) davam edən alqı-satqı əməliyyatları zamanı 1 010 ABŞ dollarına qədər artıb. Bu barədə "Report"a qiymətli kağızlar üzrə market-meyker olan "PSG Kapital" investisiya şirkətindən bildirilib.

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır. SOCAR istiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.

Son xəbərlər

Orphus sistemi