SOCAR-ın törəmə şirkəti maliyyə göstəricilərini açıqlayıb
- 18 sentyabr, 2023
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
"Caspian Drillinq Compani Limited" MMC (CDC) 2022-ci ili 99,745 milyon ABŞ dolları xalis zərərlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 54,9 % çoxdur.
Ötən il "Caspian Drillinq Compani Limited"in satışdan gəlirləri 27,953 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 4,6 dəfə az), satışının maya dəyəri 135,057 milyon ABŞ dolları (6,6 % çox), ümumi və inzibati xərcləri 15,187 milyon ABŞ dolları (7 % çox), digər gəlirləri 23,898 milyon ABŞ dolları (35,3% çox), maliyyə xərcləri 110 min dollar (36,4% az), xarici valyuta mübadiləsindən zərəri 736 min dollar (16% az), mənfəət vergisi ödəmələri isə 506 min dollar (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian Drilinq Compani Limited"in aktivləri 549,273 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 14 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 20,5 % artaraq 58,935 milyon ABŞ dollarına çatıb, balans kapitalı isə 16,9 % azalaraq 490,338 milyon ABŞ dollarına düşüb.
Xatırladaq ki,"Caspian Drillinq Compani Limited" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 285,846 milyon ABŞ dollarıdır. Şirkətin təsisçiləri 92,44 % payla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 7,56 % payla "Union Grand Energy PTE LTD" şirkətidir.