Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 706,921 mln. manat həcmində vəsait ödənilib ki, bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8% çox olub.
Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,618 mln. manat vəsait köçürüb və bu, öz növbəsində illik müqayisədə 25,6% azdır. Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında Şirkətin DSMF-yə ödənişi 129,534 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% azdır.