“Silk Vey Vest Aviaşirkəti” mənfəətini artırıb

Maliyyə
  • 12 iyun, 2023
  • 11:29
“Silk Vey Vest Aviaşirkəti” mənfəətini artırıb

“Silk Vey Vest Aviaşirkəti” MMC 2022-ci ili 939,878 milyon manat xalis mənfəətlə başa vurub.

Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,1 % çoxdur.

Ötən il “Silk Vey Vest Aviaşirkəti”nin vergiyəqədərki mənfəəti 1 milyard 175,241 milyon manat (əvvəlki ilə nisbətən 2,1 % çox), mənfəət vergisi ödəmələri isə 235,363 milyon manat (1,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 2 milyard 679,921 milyon manat olub ki, bu da illik müqayiəsədə 31,2 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,7 % azalaraq 1 milyard 237,539 milyon manata düşüb, balans kapitalı 2,3 dəfə artaraq 1 milyard 442,382 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,2 % artaraq 175,8 milyon manata çatıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun təsisçisi isə “Silk Vey Aviaşirkəti” MMC-dir. Hər iki şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti