Sığorta məlumatlarının "Açıq maliyyə" ekosisteminə inteqrasiyası nəzərdən keçirilir
- 25 noyabr, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Sığorta məlumatlarının "Açıq maliyyə" ekosisteminə inteqrasiyası nəzərdən keçirilir
"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrində bildirib.
"Hazırda "Açıq maliyyə" (Open Finance) konsepsiyası çərçivəsində bank və sığorta sektorları arasında qarşılıqlı məlumat mübadiləsi imkanlarının yaradılması ideyası üzərində iş aparılır. Əsas məqsəd müvafiq razılıqlar əsasında məlumat mübadiləsinin təşkili və hər iki sektorun ehtiyaclarına uyğun yeni imkanların formalaşdırılmasıdır", – A. Miskərli bildirib.
Onun sözlərinə görə, hazırda İcbari Sığorta Bürosunun, sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrup çərçivəsində bu istiqamətdə müzakirələr aparılır.
"Təşəbbüs hazırda konsepsiya mərhələsindədir. Konsepsiya yekunlaşdırıldıqdan sonra Azərbaycan Mərkəzi Bankına təqdim ediləcək və növbəti addımlar müvafiq razılaşdırmalar əsasında müəyyən olunacaq", – deyə A. Miskərli əlavə edib.