Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği müəyyən edilib
Maliyyə
- 26 yanvar, 2024
- 06:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi aşağıdakı kimi müəyyən edilib:
- fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 200 000 manat;
- hüquqi şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 1 000 000 manat.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Son xəbərlər
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi