Bakı. 26 sentyabr. REPORT.AZ/ "2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir".
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Qeyd edək ki, 2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 mlrd. 615 mln. manat nəzərdə tutulub.