“Fitch Ratings" beynəlxalq kredit reytinq agentliyi tərəfindən bir qədər gec də olsa Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi üzrə proqnozu “sabit”dən “pozitiv”ə yüksəldilməsini düzgün addım kimi qiymətləndirilir".
Bunu “Report”a eksklüziv açıqlamasında maliyyə naziri Samir Şərifov oktyabrın 21-də “Fitch Ratings" tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+” səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit”dən “pozitiv”ə yüksəldilməsini şərh edərkən bildirib.
“Bununla da hesab edirik ki, Azərbaycanın beynəlxalq kredit reytinqinin əvvəllər olduğu kimi investisiya kredit reytinqinə qədər yüksəldilməsinin vaxtı çatıb”, - maliyyə naziri bildirib.
S.Şərifov qeyd edib ki, bu geçikmiş olsa da ilk addımdır və ardının gəlməsini arzu edirik: “Maliyyə Nazirliyi ümid edir ki, digər beynəlxalq kredit reytinq agentlikləri də tezliklə analoji addımı atacaqlar”.