Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.
Maliyyə
30 Yanvar , 2023 10:07
Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 16-sı, saat 17:55-ə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 24-ü, saat 17:55-ə qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə fevralın 27-də, saat 17:55-də qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi