Dövlət qurumları arasında Vahid İnformasiya Sisteminin yaradılması üzərində iş gedir.
Bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var.
"Bir məsələni nəzərə almaq lazımdır ki, hər orqanın da özünün müəyyən bağlı informasiyaları var. Şəffaflıq çox gözəldir və əldə edilən nəticələrin əsas səbəblərindən biri sənədləşmə, şəffaflaşmadır. Amma elə məlumatlar var ki, onlar vergi sirridir. Bu məlumatın yayılması qanunla qadağandır. Yaxud