Sahib Ələkbərov: "Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alaraq çox işlər görməliyik"

Sahib Ələkbərov: "Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alaraq çox işlər görməliyik" Azərbaycan iqtisadiyyatında aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı.
Maliyyə
10 fevral 2023 10:08
Sahib Ələkbərov: Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alaraq çox işlər görməliyik
Sahib Ələkbərov

Azərbaycan iqtisadiyyatında aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavininin sözlərinə görə, bugünkü müasir vergi sistemini məhz ümummilli lider Heydər Əliyev yaradıb: "Onun apardığı siyasətin nəticəsi olaraq, Azərbaycanda vergi qanunvericiliyi yaradıldı və vergi inzibatçılığı formalaşdırıldı”.

S.Ələkbərov bildirib ki, 1990-cı illərin əvvəllərində vergi daxilolmaları sahəsində vəziyyət yaxşı deyildi, vergidən yayınma kütləvi hal almışdı: "Daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində vergi daxilolmaları getdikcə artmağa başladı və 2004-cü ildə 1 milyard manatlıq baryeri keçdi. 2022-ci ildə isə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Lakin arxayınlaşmaq olmaz. İqtisadiyyatımızda aparılan islahatları, eləcə də mövcud potensialı nəzərə alaraq, çox işlər görməliyik”.

Son xəbərlər

Orphus sistemi