Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər

Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər Rusiya əhalisinin real gəlirləri 2016-cı ildə 5% azalıb
Maliyyə
107
20 Fevral , 2017 14:55
Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyada sənaye istehsalı, əmək haqlarının artması və rublun möhkəmlənməsinə baxmayaraq, rusiyalılar ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirlər. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın məşhur "Levada-sentr" araşdırma şirkətinin yanvar ayı sorğusunun nəticələrində məlumat verilib. Sorğuya görə, rusiyalıların 78%-i ölkənin iqtisadi böhrana doğru irəlilədiyini bildiriblər. 

Qeyd edək ki, şirkətin 2016-cı ilin sentyabr sorğusunda bu göstərici 74% təşkil edib. Bu bədbin əhval-ruhiyyə öz əksini makroiqtisadi göstəricilərdə tapıb. Belə ki, ötən il Rusiyada ÜDM-in 50%-dən çox hissəsini təşkil edən istehlak həcminin göstəricisində azalma qeydə alınıb.

Xatırladaq ki, bu gün, fevralın 20-də Rusiyada pərakəndə satışın yanvar göstəricisinin açıqlanması gözlənilir ki, proqnozlara görə, bu, mənfi rəqəm olacaq. Əgər belə olarsa, o zaman bu sektorda azalma ardıcıl 25-ci ay davam edəcək. Rusiya iqtisadiyyatında 2016-cı ildə 0,2% azalma olsa da, pərakəndə satış və əhalinin real gəlirləri 5% düşüb.

"Bank of America"nın eksperti Vladimir Osakovskinin sözlərinə görə, pərakəndə satışda azalma pensiya və sosial transferlərin real dəyərinin düşməsi ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi