Rusiyada rəqəmsal iqtisadiyyatın inkişafına 90 mln. dollar xərclənəcək

Rusiyada rəqəmsal iqtisadiyyatın inkişafına 90 mln. dollar xərclənəcək Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə “Rəqəmsal iqtisadiyyat” tədbirlər planının reallaşdırılmasına 3 040,4 mln. rubl (90,3 mln. ABŞ dolları) məbləğində vəsait ayrılıb.
Maliyyə
31 Mart , 2018 12:31
Rusiyada rəqəmsal iqtisadiyyatın inkişafına 90 mln. dollar xərclənəcək

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə “Rəqəmsal iqtisadiyyat” tədbirlər planının reallaşdırılmasına 3 040,4 mln. rubl (90,3 mln. ABŞ dolları) məbləğində vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya hökumətinin internet səhifəsində bildirilir.

Məlumata görə, sözügedən məbləğ “İnformasiya infrastrukturu”, “Tədqiqat bacarıqlarının və texnoloji ehtiyatların formalaşması” və “İnformasiya təhlükəsizliyi” istiqamətlərində xərclənəcək.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədə rəqəmsal iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. 

Son xəbərlər

Orphus sistemi