Rusiya Mərkəzi Bankı saxta əskinaslarla bağlı açıqlama yayıb

Maliyyə
  • 25 yanvar, 2019
  • 13:08
Rusiya Mərkəzi Bankı saxta əskinaslarla bağlı açıqlama yayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı ölkə ərazisində saxta pul əskinaslarının miqdarının azaldığını açıqlayıb.

“Report”un nəzarət orqanının məlumatına istinadən verdiyi xəbərə görə, ötən il 38,5 min saxta əskinas aşkarlanıb. Bu isə 2017-ci ilin göstəricisi ilə müqayisədə 15% azalma deməkdir. 

Həmçinin məlumatda deyilir ki, əsasən, böyük nominallı əskinaslar saxtalaşdırılır.