Rusiya Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Bankı uçot dərəcəsini sabit saxlayıb Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini dəyişməyərək 4,25% bəndində sabit saxlayıb.
Maliyyə
18 Sentyabr , 2020 15:00
Rusiya Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 4,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Tənzimləyici qurumun açıqlamasında bildirilir ki, əhalinin və biznesin inflyasiya gözləntiləri hələ də yüksək səviyyədə qalır. Rusiya Bankı bu il illik inflyasiyanın 3,7% - 4,2%, gələn il isə 3,5% - 4% arasında dəyişəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini indiki səviyyəyə bu ilin iyun ayında endirib. Bu isə tarixi minimumdur.

Son xəbərlər

Orphus sistemi