“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək Bakı. 11 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, fevralın 28-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.
Maliyyə
11 Yanvar , 2019 08:55
“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 11 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, fevralın 28-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq "Rabitəbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Bankın ötən ilin yekunu üzrə balans və mənfəət-zərər haqqında hesabatlarının, Audit Komitəsinin hesabatının təsdiq edilməsi, rəhbər şəxslərə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.

Son xəbərlər

Orphus sistemi