Qızıl və gümüş dolların məzənnəsinin düşməsi və geosiyasi hadisələr fonunda bahalaşıb

Qızıl və gümüş dolların məzənnəsinin düşməsi və geosiyasi hadisələr fonunda bahalaşıb Qızılın fevral fyuçerslərinin qiyməti bir unsiyaya görə 1291,2 dollara qədər artıb
Maliyyə
182
28 Dekabr , 2017 00:48
Qızıl və gümüş dolların məzənnəsinin düşməsi və geosiyasi hadisələr fonunda bahalaşıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Qızılın qiyməti çərşənbə gününə keçən gecə dolların məzənnəsinin düşməsi, eləcə də, ABŞ və Şimali Koreya münasibətlərində gərginliyin qalması fonunda artır.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 22.03-ə olan vəziyyətə görə, Nyu-Yorkun "Comex" birjasında qızılın fevral fyuçerslərinin qiyməti bir unsiyaya (31,1 qram) görə 3,7 dollar və ya 0,29% artaraq 1291,2 dollara çatıb.

Gümüşün mart fyuçerslərinin qiyməti bir unsiyaya görə 0,94% artaraq 16,75 dollara çatıb.

Dolların indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkənin valyutası səbətinə qarşı dolların məzənnəsi) bununla belə 0,25% azalaraq 93,03 bəndə düşüb.

Geosiyasi qeyri-müəyyənlik ənənəvi olaraq qızılın aid olduğu təhlükəsiz aktivlərə mövcud tələbatın artmasına rəvac verir.

Son xəbərlər

Orphus sistemi