Cümə günü səhər qızılın qiyməti sığınacaq-aktiv kimi yüksəlib, investorlar Rusiyaya qarşı sanksiyaların təsiri altında qlobal iqtisadiyyatın perspektivlərini qiymətləndirirlər.
“Report” xəbər verir ki, bunu ticarətin məlumatlarından görmək olar.
Nyu-Yorkdakı “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 0,2 ABŞ dolları və ya 0,01% artaraq 1962,4 ABŞ dolları təşkil edib. Gümüşün may fyuçersləri isə 0,14% bahalaşaraq bir unsiya üçün 25,955 ABŞ dollarına çatıb.
Qızıl həftənin əvvəlindən bəri 1,72%, ayın əvvəlindən bəri isə 3,25% bahalaşıb.
Qızılın qiyməti G7 liderlərinin Rusiya Mərkəzi Bankı ilə sanksiyalara məruz qalacaq hər hansı qızıl əməliyyatlarını dayandırmağa razılaşdıqlarını göstərən xəbərlərlə əlavə sürət qazanır.