Qızıl cüzi bahalaşıb

Qızıl cüzi bahalaşıb İnvestorlar ABŞ-da monetar siyasətin sərtləşməsinin sürətini proqnozlaşdırmağa çalışdlığı bir vaxtda dünya bazarında qızılın qiyməti bir qədər yüksəlib.
Maliyyə
18 Avqust , 2022 10:13
Qızıl cüzi bahalaşıb

İnvestorlar ABŞ-da monetar siyasətin sərtləşməsinin sürətini proqnozlaşdırmağa çalışdlığı bir vaxtda dünya bazarında qızılın qiyməti bir qədər yüksəlib.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,08 % və ya 1,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 778,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,5 % artaraq 1 unsiyası 19,633 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi