Qırğızıstan da “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırıb

Qırğızıstan da “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırıb Qırğızıstan bankları “Mir” ödəniş sisteminin bir hissəsi olan Rusiya kartları ilə əməliyyatların aparılmasını dayandırıb.
Maliyyə
3 Aprel , 2024 17:09
Qırğızıstan da “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırıb

Qırğızıstan bankları “Mir” ödəniş sisteminin bir hissəsi olan Rusiya kartları ilə əməliyyatların aparılmasını dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Elkart” milli ödəniş sisteminin operatoru olan Qırğızıstanın “Banklararası Prosessinq Mərkəzi” QSC-nin saytında məlumat yayılıb.

Məlumata görə, aprelin 3-dən etibarən “Mir” kartlarının istifadəçiləri üçün kartdan karta köçürmələr və s. əlçatmaz olub.

Qeyd edilib ki, bu ilin fevral ayında ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi “Mir” ödəniş sisteminin kart operatoru olan “Milli Ödəniş Kartları Sistemi” ASC-yə qarşı sanksiyalar tətbiq edib. İkinci dərəcəli sanksiyalar riskini minimuma endirmək üçün Qırğızıstan tərəfi daha sonra respublika ərazisində “Mir” kartları ilə əməliyyatların aparılmasından imtina etməyə məcbur olub.

Qırğızıstan Milli Bankı belə məsələlərlə bağlı kommersiya banklarının işinə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib və əmin edib ki, banklar hansı ödəniş sistemi ilə işləyəcəklərinə müstəqil qərar vermək hüququna malikdirlər.

Son xəbərlər

Orphus sistemi