Qazaxıstanda dollar ucuzlaşır

Qazaxıstanda dollar ucuzlaşır Valyuta hərracında ticarət həcmi 60% artıb
Maliyyə
117
2 Dekabr , 2016 11:29
Qazaxıstanda dollar ucuzlaşır

Bakı. 2 dekabr. REPORT.AZ/ Qazaxıstanın milli valyutası - tenge bu gün, dekabrın 2-də ABŞ dolları ilə müqayisədə möhkəmlənərək 1 dollar üçün 334 tenge təşkil edib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fond Birjası (KASE) məlumat yayıb. 

Məlumata görə, noyabrın 30-da KZT/USD məzənnəsi 342 təşkil edib və beləliklə, tenge son iki gündə 2,25% möhkəmlənib. Xatırladaq ki, dünən, dekabrın 1-də Qazaxıstanda qeyri-iş günü olub.

Bununla yanaşı, bugünkü valyuta hərracında satış həcmi noyabrın 30-u ilə müqayisədə 57,4% artaraq 57 mln. dollara çatıb. Qazaxıstan milli valyutasının möhkəmlənməsi qlobal əmtəə bazarlarında neftin qiymətinin son iki gündə 10%-dən çox artması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi