Qazaxıstan Milli Bankının sabiq sədri "AG Bank"da pay alıb

Qazaxıstan Milli Bankının sabiq sədri "AG Bank"da pay alıb "AG Bank" nizamnamə kapitalını 4 dəfə artırıb
Maliyyə
28 Aprel , 2016 09:27
Qazaxıstan Milli Bankının sabiq sədri AG Bankda pay alıb

Bakı. 28 aprel. REPORT.AZ/ "AG Bank" ASC-nin əsas səhmdarlarının siyahısında dəyişiklik edilib və onların sırasına Qriqori Marçenko adlı xarici səhmdar qoşulub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda Q.Marçenko Bankın səhmdar kapitalında 8,30% paya malikdir. Kapitalın artırılması nəticəsində digər səhmdar - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) payı 17,5%-dən 4,28%-ə, "Kazimir Partners" şirkətinin payı 10,0%-dən 2,45%-ə, Fərzulla Yusifovun payı 17,767%-dən 5,79%-ə enib, Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin payı isə 23,27%-dən 31,68%-ə yüksəlib.

Qeyd edək ki, ümumilikdə səhmdarların ümumi sayı genişlənərək 64-dən 85-ə çatıb. Minoritar səmdarların ümumi payı 68,32% təşkil edib. Qeyd edək ki, əvvəl min0ritarların ümumi payı 31,47% olub.

Xatırdaq ki, 4 mart 2016-cı il tarixində "AG Bank"ın səhmdarlarının növbədən kənar keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının artırılması haqqında qərar qəbul olunub. Bu qərarın icrası nəticəsində aprel ayında "AGBank" ASC-nin nizamnamə kapitalı 4,1 dəfə və ya 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.

Qeyd edək ki, Q.Marçenko 1999-2004 və 2009-2013-cü illərdə Qazaxıstan Milli Bankının sədri, müxtəlif illərdə isə Qazaxıstan prezidentinin müşaviri olub.

Son xəbərlər

Orphus sistemi