PwC 2019-cu ildə dünya iqtisadiyyatında artımın zəifləyəcəyini proqnozlaşdırır

PwC 2019-cu ildə dünya iqtisadiyyatında artımın zəifləyəcəyini proqnozlaşdırır Bakı. 10 yanvar. REPORT.AZ/ 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi zəifləyəcək.
Maliyyə
10 Yanvar , 2019 17:20
PwC 2019-cu ildə dünya iqtisadiyyatında artımın zəifləyəcəyini proqnozlaşdırır

Bakı. 10 yanvar. REPORT.AZ/ 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi zəifləyəcək.

“Report” bu barədə "PricewaterhouseCoopers"in (PwC) ekspertləri tərəfindən hazırlanan “Global Economy Watch”ın (GEW) icmalına istinadən xəbər verir.

Proqnoza əsasən, 2019-cu ildə qlobal ÜDM-in artımı 3,6%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,4% təşkil edəcək. “Böyük yeddilik” (G7) ölkələrində artım 2019-cu ildə 1,9%, 2020 və 2021-ci illərdə isə 1,5% olacaq. Avrozona iqtisadiyyatının 2019-cu ildə 1,8%, 2020-ci ildə 1,6% artacağı proqnozlaşdırılır. Müvafiq olaraq Almaniya iqtisadiyyatı 2019-cu ildə 1,7% və 2020-ci ildə 1,6%, Fransa iqtisadiyyatı 1,7% və 1,6%, İspaniya iqtisadiyyatı 2,4% və 1,8%, İtaliya iqtisadiyyatı hər iki ildə 0,9% artacaq.

Həmçinin PwC ekspertləri Federal Ehtiyatlar Sisteminin(FED) 2019-cu ildə minimum 2 mərhələdə artıma gedəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi