"Premium Bank"ın mənfəəti azalıb

"Premium Bank"ın mənfəəti azalıb "Premium Bank" ASC bu ilin I yarısını 7,6 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 7,853 milyon manat xalis mənfəətlə çıxmışdı.
Maliyyə
24 İyul , 2020 16:23
Premium Bankın mənfəəti azalıb

"Premium Bank" ASC bu ilin I yarısını 7,6 milyon manat mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 7,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-iyun aylarında "Premium Bank"ın gəlirləri 25,2 milyon manat (illik müqayisədə 20,2% az), xərcləri 22,7 milyon manat (7,3% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5,1 milyon manat (3,4 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Premium Bank"ın aktivləri 670,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4% çoxdur. Bunun 555,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,3% kiçilib.

Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 7,3% azalaraq 485,1 milyon manata, o cümlədən depozit portfeli 8,5% azalaraq 432,1 milyon manata düşüb, balans kapitalı isə 48,4% artaraq 185,7 milyon manata, o cümlədən nizamnamə kapitalı 47,8% artaraq 154,6 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.

Son xəbərlər

Orphus sistemi