Portuqaliyalı auditor: "Yanğınsöndürmə və mübarizə proqramlarına ayrılan büdcədən səmərəli istifadə edilməlidir"

Portuqaliyalı auditor: "Yanğınsöndürmə və mübarizə proqramlarına ayrılan büdcədən səmərəli istifadə edilməlidir" Yanğınsöndürmə və mübarizə proqramları üçün ayrılan büdcə vəsaitlərinin səmərəli və şəffaf istifadəsi təmin edilməlidir. 
Maliyyə
3 Oktyabr , 2024 14:35
Portuqaliyalı auditor: Yanğınsöndürmə və mübarizə proqramlarına ayrılan büdcədən səmərəli istifadə edilməlidir

Yanğınsöndürmə və mübarizə proqramları üçün ayrılan büdcə vəsaitlərinin səmərəli və şəffaf istifadəsi təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu Portuqaliya Ali Audit Orqanının auditoru Maria Jose Feliciano Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.

O qeyd edib ki, müvafiq maliyyə hesabatlılığı sistemləri yaradılmalı və monitorinqi aparılmalıdır: "Yanğınlarla mübarizə proqramlarının icrası mütəmadi olaraq izlənilməlidir. Effektivliyin artırılması üçün nəticələr qiymətləndirilməli və lazım olduqda tədbirlər yenilənməlidir. Meşə ərazilərində yanğınsöndürmə yollarının, su anbarlarının, yanğınsöndürmə avadanlıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi tövsiyə edilir. Bu, yanğınlara müdaxilə etməyi asanlaşdıracaq. Yanğınsöndürmə işləri ilə məşğul olan şəxslərin mütəmadi təlimkeçməsi və yeni texnologiyalara dair məlumatlandırılması da vacibdir".

Auditor əlavə edib ki, yanğınların qarşısının alınması üçün yeni təhlükəsizlik prosedurlarının və standartların inkişaf etdirilməsi, eləcə də mövcud olanların yenilənməsi məqsədə uyğundur.

Son xəbərlər

Orphus sistemi