“Pinterest”in səhmləri “PayPal”in təkzibi ilə 10% ucuzlaşıb

“Pinterest”in səhmləri “PayPal”in təkzibi ilə 10% ucuzlaşıb Dünyanın məşhur foto hostinqi - “Pinterest”in səhmləri Nyu-York Fond Birjasındakı ticarət gedişatında 10,05 % ucuzlaşıb.
Maliyyə
25 Oktyabr , 2021 16:05
“Pinterest”in səhmləri “PayPal”in təkzibi ilə 10% ucuzlaşıb

Dünyanın məşhur foto hostinqi - “Pinterest”in səhmləri Nyu-York Fond Birjasındakı ticarət gedişatında 10,05 % ucuzlaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, səhmlərin kəskin dəyərdən düşməsinə səbəb “PayPal” ödəniş sisteminin “Pinterest”i almaq barədə yayılan xəbərləri təkzib etməsi olub.

Xatırladaq ki, ötən həftənin ortalarında “PayPal”in 45 milyard ABŞ dollarına “Pinterest”i almağa hazırlaşdığı barədə xəbər yayıldı. Bunun fonunda foto hostinqin səhmləri 19 %-ə kimi bahalaşmışdı.

“Pinterest” – istifadəçilərə şəkilləri əlavə etməklə, onları tematik kolleksiyalara yığmaq və paylaşmaq imkanı verən sosial şəbəkədir. Şirkət platformanın istifadəçilərinə reklam göstərməkdən qazanc əldə edir. Pandemiyanın ilkin mərhələlərində bu cür yolla qazanc əldə etmək çox uduşlu olub. Çünki o vaxt reklam verənlər auditoriyanın diqqətini cəlb etmək üçün sosial şəbəkələrə üz tutublar.

Son xəbərlər

Orphus sistemi