"PAŞA Sığorta"nın xalis mənfəəti 19 % artıb

Maliyyə
  • 31 mart, 2023
  • 06:45
PAŞA Sığortanın xalis mənfəəti 19 % artıb

"PAŞA Sığorta" ASC 2022-ci ili 29,201 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 18,5 % çoxdur.

Ötən il "PAŞA Sığorta"nın gəlirləri 212,214 milyon manat (əvvəlki ilə nisbətən 11,4 % çox), xərcləri 173,883 milyon manat (8,5% çox), mənfəət vergisi ödəmələri isə 9,13 milyon manat (64 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Sığorta"nın aktivləri 274,82 milyon manat olub ki, bu da illik müqayisədə 15,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,8 % artaraq 195,556 milyon manata, balans kapitalı isə 4,9 % artaraq 79,264 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

44 filmi