"PAŞA Bank" yeni inkişaf strategiyası hazırlayır - YENİLƏNİB

"PAŞA Bank" yeni inkişaf strategiyası hazırlayır - YENİLƏNİB Bank kredit portfelinin bazar payını artıracaq
Maliyyə
25 Aprel , 2017 11:24
PAŞA Bank yeni inkişaf strategiyası hazırlayır - YENİLƏNİB

İlk xəbər saat 10:37-də verilib

Bakı. 25 aprel. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin 2018-2020-ci illəri əhatə edən yeni strategiyasının hazırlanmasına başlanılıb. Əsas hədəf korporativ bankçılıq sahəsində bankın mövqeyinin gücləndirilməsidir.

"Report" xəbər verir ki, bu barədə "Paşabank"ın  İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O həmçinin bildirib ki, 2016-cı ildə Bankın kredit portfelinin bazar payı 5,5%-ə çatıb: "Bu sahədə mövqeyimizi gücləndirib payımızı daha da artırmaq istəyirik".

***

T.Kazımov onu da qeyd edib ki, "PAŞA Bank"ın yeni stretegiyasının hazırlanması iyunun ortalarında başa çatdırılacaq: "Kiçik və orta sahibkarlara dəstək verilməsi əsas istiqamətlərdəndir. Kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, eləcə də fərdi bankçılıq sahəsində Bankın bazar payını artırmaq niyyətindəyik". 

Onun sözlərinə görə, 2014-cü ildə "PAŞA Bank"ın müştərilərinin valyuta əməliyyatlarının həcmi 1,5 mlrd. manat olub. 2016-cı ildə isə bu rəqəm 4,5 mlrd. manata çatıb: "Dövriyyənin 3 dəfə artması, həm də valyuta əməliyyatlarından mənfəətin də 3 dəfə artması deməkdir". 

Son xəbərlər

Orphus sistemi